50 beyin mərkəzi xarici ölkədən 110 milyon dollardan çox maliyyə alıb
ABŞ-da dərc edilən yeni hesabata görə, xarici hökumətlər ölkədəki 50 ən böyük beyin mərkəzinə 110 milyon dollardan çox maliyyə dəstəyi göstərib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ hökuməti və Müdafiə Nazirliyi (Pentaqon) də bu təşkilatlara əhəmiyyətli məbləğdə maliyyə dəstəyi verib. ABŞ-da yerləşən Quincy İnstitutu 2019-2023-cü illər arasında ölkədəki beyin mərkəzlərinin ABŞ hökuməti və xarici dövlətlərdən aldığı iqtisadi dəstəyin həcmini ortaya qoyan “Böyük İdeyalar və Böyük Pul: Amerikada Beyin Mərkəzlərinə verilən vəsait” adlı hesabat dərc edib. İki cavablı beş sualdan ibarət hesabatda şəffaflıq ABŞ-ın 50 ən böyük beyin mərkəzi üçün beş ballıq sistemlə qiymətləndirilib.