media-img_5968

HƏMAS Qəzzada İsraillə imzalanan atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində sabah azad edəcəyi sağ qalan 6 israilli məhbusun adlarını paylaşıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde verdiyi açıqlamada, sabah keçiriləcək məhbus mübadiləsinin 8-ci turunda sərbəst buraxılacaq 6 israilli məhbusun Eliya Koen, Ömər Şem-Tov, Ömər Wenkert, Tal Shoham, Avera al-Salam və Hisham olduğunu açıqlayıb.

İsrail mətbuatı Hişam əl-Sayed və Avera Mengistu-nun 10 ildən artıq Qəzza zolağında əsirlikdə olduqlarını yazıb.

Digər tərəfdən İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi yazılı açıqlamada, HƏMAS-ın sabah azad edəcəyi sağ qalan 6 israilli məhbusun adlarını aldıqlarını bildirib.

Qeyd olunub ki, azadlığa buraxılacaq 6 əsirin ailəsinə də məlumat verilib.


Bənzər xəbərlər