Cənubi Koreyada konsertə gələn yüzlərlə insan bomba təhlükəsi səbəbindən təxliyə edilib
Cənubi Koreyanın paytaxtı Seulda konsertə gələn yüzlərlə insan polisin bomba xəbəri almasından sonra təxliyə edilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya polisinə yerli vaxtla saat 18.24 radələrində Seulda “2hollis” kimi tanınan amerikalı reperin konsertinin keçirildiyi ərazidə bomba olduğu barədə məlumat daxil olub. Yüzlərlə insan bomba təhlükəsindən sonra konsert sahəsindən təxliyə edilib.
Ərazidə yanğınsöndürmə və polis qrupları tərəfindən aparılan araşdırmalar nəticəsində partlayıcı maddə aşkar edilməyib. Bundan sonra konsert problemsiz davam edib.
Səlahiyyətlilər hadisə ilə bağlı istintaq açıldığını açıqlayıb.