media-7582aaf4-b878-45da-94f1-df762d4ad959

Sumqayıtda fəaliyyət göstərən “12 A” nömrəli marşrut xətti ilə bağlı sərnişinlər narazılıq edirlər.

Patrulaz.az-a məlumat verən vətəndaşların sözlərinə görə, avtobuslar tez-tez texniki nasazlıq səbəbindən yolda qalır və sərnişinlər çarəsiz yarı yolda nəqliyyat vasitəsini dəyişməli olurlar: “Səhər işə gedəndə və ya axşam evə qayıdanda avtobus xarab olur, sərnişinlər yolda qalır. Bəzən başqa nəqliyyat vasitəsi tapmaq da çətin olur. Bu vəziyyət illərdir davam edir, amma heç bir tədbir görülmür” deyə sərnişinlərdən biri qaynar xəttimizə bildirib.
Sərnişinlər məsul qurumlara və marşrut xəttinə cavabdeh olan şirkətə çağırış edərək, avtobus parkının yenilənməsini və texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismardan çıxarılmasını xahiş edirlər.


Bənzər xəbərlər