Həm əks yola çıxıb, həm də “əcəb edirəm” deyir – VİDEO
Mehdiabad yolunda “77-RS-497” nömrəli avtomobil əks istiqamətə çıxaraq qarşıdan gələn avtomobillərə mane olub və qəza şəraiti yaradıb.
Patrulaz.az-ın məlumatına görə, hadisə zamanı öz yolu ilə hərəkət edən avtomobilin sürücü, “77-RS-497” nömrəli avtomobilin təhlükəli manevrini gördükdə ona etiraz edib. Ancaq sürücünün etirazına kobud cavab verən “77-RS-497” nömrəli avtomobilin sürücüsü, vəziyyəti daha da gərginləşdirib.
Bu cür davranışlar yolda təhlükə yaradır və ciddi fəsadlara səbəb ola bilər. Sürücülərə yolda diqqətli olmaları, təhlükəsizlik qaydalarına riayət etmələri və əks istiqamətə çıxmamaları tövsiyə edilir.
Qəzaların qarşısını almaq üçün bütün sürücülərin daha məsuliyyətli davranması vacibdir.