media-inshot_20260224_182343204

Azərbaycanda Ramazan ayında maraqlı və müzakirə doğuran bir mənzərə ortaya çıxır. İlin digər dövrlərində spirtli içki qəbul edən bəzi şəxslər məhz bu ayda içkidən imtina edir və oruc tutur. Bu dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmır. Bir qrup bunu müsbət addım və mənəvi dönüş kimi qiymətləndirir. Digərləri isə belə davranışın səmimiliyini sual altına alır.

Bəs islam nə deyir?

Patrul.az mövzu ilə bağlı din xadimi Mircəfər Əyyubovun fikirlərini öyrənib:

“Qurani-Kərimin hədislərində deyilir ki, insanlardan utanmayan, Tanrıdan da utanmaz. “Həyası olmayanın, imanı olmaz” da hədislərimizdə deyilənlərdəndir. Odur ki, belə insanların Ramazan və ya Məhərrəm aylarında özünü daha yaxşı aparması, pis vərdişlərdən çəkinməsi çox gözəl haldır. Ümumiyyətlə, Azərbaycanın mental dəyərləri sırasında daim islama, hətta Şərq mədəniyyətinə xüsusi hörmət olub.

Heç kim demir ki, içki halaldır. Şəriətə əsasən, spirtli içki qəbul etmək haramdır, qadağandır. Lakin bir şəxs içki vərdişinə qurşanıbsa, Ramazan və Məhərrəm aylarında bunu tərgidirsə, biz bu addımı alqışlamalıyıq”.

media-inshot_20260224_181828734

“İslamın da nəzəri budur ki, insan heç olmasa bu pis vərdişindən əl çəksin. Allah-təala buyurur ki, “”mən insanları maddi-mənəvi problemlərlə üzləşdirirəm ki, mənə sığınsınlar”. Kiminsə bu cür hərəkətini ikiüzlülük adlandırmaq doğru deyil. İkiüzlülük insanlar arasında müəyyən mənfəət əldə etmək üçün dondan-dona girməkdir”,– deyə o əlavə edib.

Din xadimi belə bir gülməli halı da misal gətirib:

“Sovet dövründə azərbaycanlı biri dükana girib spirtli içki alanda belə yanında tərkibində donuz əti olmayan kolbasa axtarırdı. Çünki nə qədər olmasa da, islamın dəyəri az-çox canına hopub. Bunu təqdirəlayiq bir hal kimi dəyərləndirməliyik”.

Ləman Sərraf


Bənzər xəbərlər