media-bf825b3c-1bfc-4c96-a410-42c18dae2cb6

İtaliyanın Neapol şəhərində 2000 il əvvələ aid sarkofaqın açılması arxeoloqlar üçün heyrətamiz kəşfə çevrilib.

Patrulaz.az “Popular Mechanics”ə istinadən xəbər verir ki, Giugliano bölgəsindəki “Cerberus” məzarında aparılan qazıntılar zamanı mütəxəssislər sarkofaqın möhürünü açaraq içərisində kəfənə bükülmüş, üzü yuxarı vəziyyətdə qorunmuş insan qalıqları aşkar ediblər. Qalıqların ətrafında qədim dəfn mərasimlərinə aid məlhəm qabları və bədəni təmizləmək üçün istifadə edilən alətlər tapılıb.

Arxeoloq Simona Formolanın rəhbərlik etdiyi qrupun fikrincə, bu şəxsin yüksək sosial statusa malik olması ehtimal edilir: “Əla qorunma vəziyyəti, mərhumun ailə üzvü olması və məzarın ilkin olaraq ona aid tikildiyini göstərir”.

Qeyd edək ki, İtaliya Mədəniyyət Nazirliyi sarkofaqdan götürülən parça və üzvi maddələrin analizini davam etdirir. Aşkar edilən mumiyanın Chenopodium və absinte bitkilərindən hazırlanmış kremlərlə müalicə olunduğu da müəyyən edilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər