2025-ci il üçün Türkiyədə vəkalətlə qurban kəsmə haqqı açıqlandı: 6000 AZN
“Diyanət İşləri” Başqanı Ali Erbaş, 2025-ci il üçün vəkalətlə qurban kəsmə haqqının ölkə daxilində 13 min 500 lirə ( 6000 azn), xaricdə isə 5 min 450 lirə (242 azn) olaraq müəyyən edildiyini açıqlayıb.
Patrulaz.az “Milliyyet”ə istinadən xəbər verir ki, Erbaş bu fikirləri Diyanət İşləri Başqanlığının Konfrans Salonunda keçirilən 2025 Vəkalətlə Qurban Kəsmə Təşkilatı iclasında səsləndirib.
O bildirib ki, qurban ibadətinin əsası Həzrəti Adəmdən başlayır və insanlıq tarixi qədər qədimdir.
Qurbanın digər ibadətlərdə olduğu kimi əsasının təqva olduğunu vurğulayan Erbaş deyib:
“Qurban ibadət olaraq həm mənəvi, həm də zahiri baxımdan dərin məna və hikmət daşıyır. Bu səbəbdən həm mahiyyəti, həm də zahiri xüsusiyyətləri dini qaydalarla dəqiq şəkildə müəyyən olunmuşdur. Ona görə də qurbanın əvəzinə başqa bir ibadətin yerinə yetirilməsi düzgün deyil. Qurban kəsmək əvəzinə onun pulunu paylamaq, kasıblara ərzaq yardımı etmək və ya namaz qılıb oruc tutmaqla heç kim qurban ibadətini yerinə yetirmiş sayılmaz. Bu kimi yanaşmaların İslamdan dini dayaq tapması mümkün deyil”.
Ləman Sərraf