media-photo-output

Dünyada musiqi platformalarının illik statistikalarına əsasən, 2025-ci ildə ən çox dinlənən artistlərin adları rəsmən müəyyənləşib. Siyahı həm qlobal trendləri, həm də müxtəlif musiqi janrlarının dünya üzrə populyarlıq səviyyəsini nümayiş etdirir.

Patrul.az xəbər verir ki, reytinqin ilk pilləsində Puerto-Rikolu ulduz Bad Bunny qərarlaşıb. Latın trap və regqeton tərzi ilə bütün platformalarda rekord dinlənmələr qazanan ifaçı, ardıcıl olaraq dünyanın ən çox dinlənən artistlərindən biri olmağa davam edir.

İkinci yerdə dünya şöhrətli müğənni və bəstəkar Taylor Swift qərarlaşıb. O, həm yeni albomları, həm də dünya turnesi ilə 2025-ci ilin qlobal musiqi gündəminə damğa vurub.

Üçüncü sırada isə R&B və pop janrlarının ən nüfuzlu adlarından olan The Weeknd yer alıb.

2025-ci ilin Top-10 ən çox dinlənən artistlər siyahısı belədir:

1. Bad Bunny

2. Taylor Swift

3. The Weeknd

4. Drake

5. Billie Eilish

6. Kendrick Lamar

7. Bruno Mars

8. Ariana Grande

9. Arijit Singh

10. Fuerza Regida

Siyahı göstərir ki, dünyada musiqi zövqü hər zamankından daha rəngarəngdir. Pop, R&B, latın ritmləri, hip-hop və hətta regional Meksika musiqisi 2025-ci ildə qlobal səviyyədə geniş auditoriya qazanmağı bacarıb.

Mütəxəssislərin fikrincə, musiqi platformalarının inkişafı və sosial şəbəkələrin təsiri nəticəsində lokal janrların qısa müddətdə qlobal trendlərə çevrilməsi artıq adi hal alıb. Bu isə 2026-cı ildə musiqi bazarının daha da rəqabətli olacağına işarə edir.


Bənzər xəbərlər