media-inshot_20251007_230010399

Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin əvvəlindən Rusiyanın əldə etdiyi yaşayış məntəqələrinin sayını açıqlayıb.

Patrulaz.az xəbər verir ki, Putin Rusiya Silahlı Qüvvələrinin Ukraynada 212 yaşayış məntəqəsini azad etdiyini bildirib.

Onun sözlərinə görə, ələ keçirilən ərazilərin ümumi sahəsi təxminən 4 900 kvadrat kilometrdir:

“4900 kvadrat kilometr ərazi və 212 yaşayış məntəqəsi azad edilib”, – deyə Rusiya lideri qeyd edib.

Bundan əvvəl Putin Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyat zonasında uğurlar əldə etdiyini və düşmənin bütün təmas xətti boyunca geri çəkildiyini açıqlamışdı.

 


Bənzər xəbərlər