media-inshot_20251017_184424325

Türkiyənin Hatay vilayətində üç ildir evdən çıxmayan gənc nəhayət çölə çıxarılıb.

Patrulaz.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələdən sonra evini itirən 23 yaşlı Barış Özbay həmin vaxtdan bəri evdən çıxmadan yalnız telefon və kompüterlə vaxt keçirib.

“Niyə çimmirsən?” sualına “Heç nə etmək istəmirəm” cavabını verən Barış, “Əlimdə olsa yemək də yemərəm. Sadəcə məcbur olduğum üçün yeyirəm, yoxsa onu da eləməzdim” deyib. O, üç il ərzində şəxsi gigiyena qaydalarına məhəl qoymayaraq nə çimib, nə dırnaqlarını kəsib, nə də evdən çıxıb.

Xəyallarının olmadığını və yardım istəmədiyini bildirən gəncin bu sözləri sosial mediada geniş müzakirə səbəb oldu:

“Həyat mükəmməl deyil. İnsanlar deyir ki, həyat gözəldir, amma mən tam əksini düşünürəm – həyat gözəl deyil”.

Lakin Ailə və Sosial Xidmətlər İl Müdirliyinin əməkdaşları Hatay valisinin rəhbərliyi ilə uzun sürən razılıqdan sonra Barış evdən çıxarılıb.

Görüntülərdə onun hamama aparıldığı,  saqqalı və saçlarının kəsildiyi əks olunub. Kadrlarda hətta, uzun müddət hərəkətsiz qaldığı üçün yeriməkdə çətinlik çəkən Barışa bu prosesdə dəstək göstərildiyi də görünüb.

Üç ildən sonra ilk dəfə çölə çıxan Barış Özbay o anları bu sözlərlə ifadə edib:

“Bir az müqavimət göstərdim, amma məni getməyə məcbur etdilər. Saçımı və saqqalımı kəsdirdim, çimdim. Hamam gözəl idi, pis olacağını düşünmürdüm, amma heç nəyin dəyişəcəyini də zənn etmirdim. Heç nə etmək istəmirəm və sağaldıqdan sonra da istəməyəcəyəm. Yeni bir şey olanda sevinirəm, amma özüm istəmirəm”.

Məlumata görə, gəncə yenidən sosial həyata uyğunlaşması üçün psixoloji və sosial dəstək göstərilməyə davam edilir.

Gülbəniz Səfərova

media-inshot_20251017_183252578 media-623562c7-6rdgc66kldvupff0t8se0m

https://youtube.com/shorts/trAJ0-gaFr0?si=GN_hbjc3Rfr1V_X5


Bənzər xəbərlər