Tramp Netanyahunu AĞ Evə dəvət etdi
ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, söhbət zamanı Donald Trampın Benyamin Netanyahunu Ağ Evə dəvət etdiyi məlum olub.
Telefon danışığında HƏMAS və Qəzzanın tərksilah edilməsi, eləcə də sülh sazişlərinin genişləndirilməsi məsələləri də müzakirə edilib.






