media-inshot_20251208_105953888

Yaxın zamanlarda qarət edilən və Parisdə yerləşən Luvr Muzeyində daha bir gözlənilməz hadisə baş verib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, muzeyin Misir antikvarları bölməsində yerləşən təxminən 400 nadir kitab su sızması nəticəsində zədələnib.

Məlumata görə, su sızmasının baş verməsinə səbəb muzeyin milyonlarla dollarlıq oğurluqdan sonra baxımsız qalması olub. Hadisə zamanı otaqda 300-400 əsərin olduğu bildirilir və zərərin tam qiymətləndirilməsi üçün yoxlamalar davam edir.

Luvrun Baş Direktorunun müavini Francis Steinbock isə sızıntıdan zərər görən kitabların “dəyərli” olmadığını bildirib.

Qeyd edək ki, oktyabrın 19-da Luvr Muzeyi böyük oğurluğa məruz qalmışdı. Belə ki, pəncərə qırılaraq “Apollon Qalereyası”na daxil olan 4 naməlum şəxs, yük maşınının yük liftindən istifadə edərək tac-zinətlərinə çatmış, ümumi dəyəri 88 milyon avro olan doqquz qiymətli zinyət əşyasını oğurlamışdılar. Bu zaman III Napoleonun arvadı İmperatriçə Yevgeniyaya məxsus tiara yerə atılmış, həmin əşya muzeydən kənarda zədələnmiş halda tapılmışdı.

Oğurluq cəmi yeddi dəqiqə davam etmiş, sonra oğrular motosikletlə hadisə yerindən qaçıblar. Hadisədən sonra muzey təhlükəsizlik səbəbindən müvəqqəti bağlanmış, polis əməliyyatı çərçivəsində 4 nəfər həbs edilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər