33 nəfər xaricdə təhsil hüququndan imtina etdi - RƏSMİ AÇIQLAMA
Ötən il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 33 nəfər bu imkandan imtina edib.
Patrul.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, təhsildən imtina edən şəxslərin yerləri ehtiyat siyahıda olan namizədlərlə əvəzlənib və həmin şəxslər Dövlət Proqramından yararlanmaq imkanı əldə ediblər.
Qeyd edilib ki, bu addım proqram üzrə ayrılmış kvotaların tam şəkildə istifadəsini təmin etməyə imkan verib.






