"İran gərginliyi azaltmağa hazırdır, amma..." - Abbas Əraqçi
“Bir neçə komandirimizi itirmiş ola bilərik, amma bu o qədər də böyük problem deyil”.
Patrul.az “Reuters”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
XİN rəhbəri bildirib ki, ABŞ və İsrail hücumları dayandıracağı təqdirdə gərginliyi azaltmaq mümkündür:
“Əgər amerikalılar bizimlə danışmaq istəyirlərsə, mənimlə necə əlaqə saxlaya biləcəklərini bilirlər. İran gərginliyi azaltmağa hazırdır. Lakin əvvəlcə ABŞ və İsrail hücumları dayandırılmalıdır”.
Əraqçi son hücumların “təxribatçı” və “qanunsuz” olduğunu bildirib və İranın kənar yardım olmadan özünü müdafiə etməyə qadir olduğunu təkrarlayıb.
Qeyd edək ki, Əraqçinin çıxışından əvvəl İranın müdafiə naziri və İnqilab Keşikçiləri komandirinin İsrail hücumları nəticəsində öldürüldüyü bildirilib.
Gülbəniz Səfərova






