4 diplomat daxil olmaqla 17 Azərbaycan vətəndaşı İrandan çıxarıldı
Bu gün saat 12:00-14:00 aralığında 4-ü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı, həmçinin 5 Pakistan və 4 Çin vətəndaşı İrandan təxliyə olunub.
Patrul.az “Report”a istinadən xəbər verir ki, onların təxliyəsi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.






