5 günlük körpəni döyərək əlil qalmasına səbəb olan tibb bacısı barədə YENİ QƏRAR
Türkiyədə 5 günlük körpəni döyərək həm fiziki, həm də zehni olaraq əlil qalmasına səbəb olduğu iddia edilən tibb bacısı barədə həbs qərarı verilib.
Patrul.az xəbər verir ki, 5 il əvvəl Həkim Hazel Dırık Bağrıyanıkın yeni doğulmuş Deniz Esinə şiddət göstərməsi ilə bağlı Kahramanmaraşda hər iki tərəfin vəkillərinin iştirak etdiyi məhkəmə keçirilib.
İddiaçı ailəsinin vəkili məhkəmə iclasında çıxış edərək şikayətlərinin davam etdiyini və cavabdehin həbsdə olduğu müddətdə mühakimə olunmasını tələb edib. Ailənin vəkili Sait Bolat körpəyə qarşı olan zorakılığı “işgəncə” adlandırıb:
“Bunu sadə bir döymə hadisəsi kimi qiymətləndirmək mümkün deyil. Bunun adı vəhşilikdir, əzabdır, işgəncədir”.
Qarşı tərəf – həkimin vəkili isə körpənin vaxtından əvvəl doğulduğu üçün sağlamlıq problemləri olduğunu söyləyən şahidlərin ifadələrini xatırladıb.
Lakin xəstəxananın müşahidə kameralarına düşən görüntülər tibb bacısı Hazel Dırık Bağrıyanıkın 5 günlük olan Deniz Esini döydüyünü və onun fiziki və əqli cəhətdən əlil olmasına səbəb olduğunu göstərib.
Qeyd edək ki, körpənin anası Sema Bozoklar qızını 2021-ci ildə Kahramanmaraş Sütçü İmam Universiteti Sağlamlıq Təcrübə və Araşdırma Xəstəxanasında dünyaya gətirib. Körpə az çəki ilə doğulduğu üçün yeni doğulmuş körpələr şöbəsindəki inkubatora yerləşdirilib.
Daha sonra başqa bir tibb bacısı körpənin çox hərəkətsiz olduğunu görüb və damar içi iynə vurmağa çalışarkən sol ayağında şişkinlik olduğunu müəyyən edib. Həkim bu barədə xəstəxana rəhbərliyinə məlumat verib. Körpə dərhal müayinə olunub və ayağının sınıq olduğu müəyyən edilib. Səbəbini araşdırmaq üçün təhlükəsizlik kamerası görüntüləri yoxlanılıb və məlum olub ki, körpə 26 may 2021-ci ildə, beş günlük olanda tibb bacısı Hazel Dırık Bağrıyanık tərəfindən zorakılığa məruz qalıb.
Hadisədən xəbər tutan xəstəxana rəhbərliyi həkimi işdən çıxarsa da, körpənin şiddətə məruz qaldığını ailəsindən gizlədib. Daha sonra baş verənlərdən xəbərsiz olan ana – Sema Bozok uşağını özəl xəstəxanaya aparıb. Bu zaman ailə körpənin fiziki qüsurlu, serebral iflic və epilepsiya xəstəsi olduğunu öyrənib.
Sonradan isə Kahramanmaraş Vilayət İnzibati Şurası həkimi məhkəməyə verdikdə, Bozoklar ailəsi qızlarının 5 günlüyündə həkim tərəfindən döyüldüyünü öyrənib. Onlar uşağın əlilliyinin anadangəlmə deyil, zorakılığın nəticəsi olduğunu öyrəndikdə şoka düşüblər.
Məhkəmə prosesi zamanı həkim Hazel Dırık Bağrıyanıkın körpə – Deniz Esin Bozoklara qarşı zorakılığını əks etdirən təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. 14 dəqiqəlik görüntüdə tibb bacısının körpədən qan aldığı, körpənin ağlamasından sonra başına vurduğu, ayağını sıxdığı və özünə tərəf çəkdiyi görünür. Bundan sonra körpənin ayağı hərəkətsiz vəziyyətdə qalıb. Hətta bunu görən həkim də ayağı yoxlamağa çalışıb.
Körpənin tibb bacısı tərəfindən zorakılığa məruz qaldığı görüntüləri təqdim edirik:
Gülbəniz Səfərova






