media-63af7d41-bb87-488f-8cf9-6a210b14a1f1

1970-ci illərdə Veneraya enmək məqsədilə buraxılmış Sovet istehsalı Kosmos 482 adlı kosmik aparatın gələn həftə nəzarətsiz şəkildə Yerə düşəcəyi gözlənilir.

Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 500 kiloqram ağırlığında olan kapsul, buraxılış raketində baş vermiş nasazlıq səbəbilə orbitə çıxa bilməmiş və missiyasını yerinə yetirə bilməmişdi.
Kosmik tullantılar üzrə ixtisaslaşmış mütəxəssislərə görə, obyektin Yerə haraya düşəcəyi və atmosferdən keçərkən nə qədərinin salamat qalacağı hələ dəqiq məlum deyil.
Niderlandlı alim Marko Lanqbroek kapsulun təxminən 10 may tarixində Yerə daxil olacağını proqnozlaşdırır. Onun sözlərinə görə, əgər obyekt tam parçalanmasa, saatda təxminən 240 kilometr sürətlə yerə çırpıla bilər.
“Risk tamamilə yoxdur deyə bilmərik, amma ciddi şəkildə narahat olmağa da ehtiyac yoxdur. Obyekt nisbətən kiçikdir. Atmosferdə tam yanmasa belə, bu hadisənin yaratdığı risk il ərzində bir neçə dəfə baş verən meteorit düşmələri ilə oxşardır. Hətta ildırım vurma ehtimalı belə daha yüksəkdir”, – deyə Lanqbroek bildirib.

Ləman Sərraf


Bənzər xəbərlər