55 nəfəri daşıyan sərnişin təyyarəsi dənizə təcili eniş etdi
Somalinin paytaxtı Moqadişuda yerləşən Ədən Adde Beynəlxalq Hava Limanından qalxan sərnişin təyyarəsi dənizə təcili eniş edib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, təyyarənin havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıq nəticəsində qanadlarından birində problem yaranıb.
Bunu müşahidə edən pilotlar hava limanına qayıtmaq istəyərkən təyyarəni suya endirmək məcburiyyətində qalıblar.
Məlumata görə, təcili yardım və xilasetmə qrupları hadisə yerinə qısa zamanda cəlb olunub.
Hadisə zamanı dənizdə təhlükəsiz şəkildə dayanan və 55 nəfərin olduğu təyyarədən bütün sərnişinlər operativ şəkildə təxliyə edilib. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.






