media-99681d8f-9e60-42bd-9fb0-a288b3d91d93

6 yaşında “dünyanın ən gözəl qızı” seçilən Thylane Blondeaunun son görünüşü sosial mediada maraqla qarşılanıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransada yaşayan Thylane Blondeau 6 yaşında “ən gözəl qız” titulunu qazandıqdan sonra moda dünyasında sürətlə yüksəlib. Onun gözəlliyi ilk dəfə 3 yaşında kəşf edilib və 4 yaşında isə podiuma çıxıb. 10 yaşında da “Vogue Paris” jurnalının ən gənc modeli olub.

Hazırda isə 24 yaşı olan Blondeau uzun tünd saçları və diqqətçəkən gözəlliyi ilə L’Oréal Paris, Versace, Ralph Lauren, Hugo Boss kimi dünya nəhəngləri ilə əməkdaşlıq edir. Eyni zamanda onun “Heaven May Clothing” adlı geyim markası və “Enalyht” adlı gözəllik və saça qulluq brendi fəaliyyət göstərir.

Gözəl qız təriflərə baxmayaraq, təvazökarlığını qoruyub saxladığını bildirib: “İnsanlar deyir ki, sən dünyanın ən gözəl qızısan, amma mən sadəcə iPad-imlə oynayıram. Hələ də düşünürəm ki, sadəcə bir yeniyetməyəm”, – deyə o bildirib.

Qeyd edək ki, Blondeaunun həyatı hər zaman parlaq olmayıb. O sağlamlığı ilə bağlı bir sıra çətinliklər yaşayıb, lakin bu, onun karyerasında irəliləməsinə mane olmayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər