media-1f6af4d0-3aa2-47e6-9cbe-d690921b7e37

23 yaşlı qadın 7 ay ərzində 25 kişiylə dələduzluq məqsədilə evləndiyi üçün polislər tərəfindən həbs edilib.

Patrulaz.az “The Times of İndia”ya istinadən xəbər verir ki, Anuradha Pasvan adlı qadın “talan-qalan gəlin” kimi tanınır və Sawai Madhopur polisinin Bhopalda keçirdiyi əməliyyatla tutulub. Polis məlumatına görə, Anuradha qanuni sənədlərlə evlənir, qurbanlarının qiymətli əşyalarını oğurlayaraq qaçır.

İstintaq zabiti Meetha Lala deyir: “O, öz iş rejimini mükəmməlləşdirib. Toydan sonra qısa müddət ərzində əşyaları ələ keçirib yox olur.”

Qeyd edək ki, Anuradha əvvəl Uttar Pradeşdə xəstəxanada işləyib, daha sonra Bhopala köçərək evlilik fırıldaqçılığına qoşulub. Polis əməliyyatında digər şübhəlilər də müəyyən edilib və Anuradhanın həbsi gizli polis əməkdaşının əməliyyatı nəticəsində mümkün olub.

Gülbəniz Səfərova

media-aa53c7b7-214c-482a-a12c-cd2dd822af27


Bənzər xəbərlər