81 min “kabus işçi”! Qanada ictimai korrupsiya araşdırması
Qana hökuməti dövlət qurumlarında işləməsələr də, müntəzəm maaş alan 81 min nəfəri müəyyən etdiklərini açıqlayıb.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Rəyasət Heyətindən verilən yazılı açıqlamada, araşdırmalar nəticəsində əvvəlki hökumət dövründə 81 min əslində işləməyən işçiyə maaş verildiyi üzə çıxıb. Açıqlamada vurğulanıb ki, məzunların bir illik məcburi işə qəbuluna nəzarət edən qurumda ödəniş gecikmələrinin aradan qaldırılması üçün aparılan siyahıyaalmadan sonra “kabus işçilər”in adları ortaya çıxıb. Qana prezidenti Con Dramani Mahama əvvəlki hökumət dövründə Milli Xidmət Korporasiyasının fəaliyyətinin araşdırılmasına göstəriş verib.