İnsanlar bu yolun bağlanmasından şikayətçidirlər - VİDEO
Bakının Cəfər Xəndan küçəsində meyvə-tərəvəz satışı ilə məşğul olan şəxslər yolu zəbt ediblər.
Patrulaz.az-a məlumat verən sakinlərin sözlərinə görə, satılan məhsullar yolun ortasına qədər düzüldüyü üçün nəqliyyatın hərəkəti çətinləşir. Ərazidə yaşayanlar və sürücülər yolun bağlanmasından, maşınların giriş-çıxışına maneələr yaranmasından şikayətçidirlər. Onlar müvafiq qurumlardan bu vəziyyətə nəzarət etməyi və yolun hərəkətə açıq saxlanmasını xahiş edirlər.