Bu yolda dayanan maşınlar hər gün tıxaca səbəb olur - VİDEO
Yeni Yasamal ərazisində sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi sakinlərin narazılığına səbəb olub.
Patrulaz.az-a vətəndaşların bildirdiyinə görə, işıqfor olan yolda dayanma və durma qadağan edilsə də, bəzi sürücülər bu qaydanı pozaraq avtomobillərini saxlayır və yolu bağlayırlar. Şikayətçilər bildirir ki, bu vəziyyət hər gün təkrarlanır və nəqliyyatın normal axınına mane olur.
Sürücülər yol polisi əməkdaşlarından məsələyə müdaxilə etmələrini və qaydaları pozan sürücülərə qarşı tədbir görülməsini xahiş edirlər.