Gold Qayalı market alıcının şikayəti ilə bağlı AÇIQLAMA VERDİ
Xaçmaz şəhərində yerləşən Gold Qayalı marketdə müştərinin qurudulmuş meyvə ilə bağlı paylaşımına cavab olaraq Qayalı marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin Şirinov Patrulaz.az-a bildirib ki, həmin məhsulun qablaşdırılma və yararlılıq tarixində heç bir pozuntu yoxdur. Məhsulun saxlama şəraiti normaya uyğundur. Quru meyvələrlə bağlı paylaşılan görüntüdən də görünür ki, məhsulun üzərində hər hansısa bir kif, rəng pozuntusu yoxdur. Hər bir meyvə qurudularkən onun daxilində və xaricində özünə məxsus rənglər olur, və spesifik qoxuya malik olur. Müştərinin marketə yenidən müraciət ilə bağlı onu deyə bilərik ki, istehlakçıların hüquqlarının və müştəri məmnuyyətini nəzərə alıb, məhsulu qaytarmaq və dəyişdirmək kimi köməklik göstərə bilərdik, amma müştərinin heç bir müraciəti olmamışdır.
https://patrulaz.az/bele-marketlere-nezaret-guclendirilmelidir-video