Belə marketlərə nəzarət gücləndirilməlidir - VİDEO
Xaçmazda yerləşən “Gold Qayalı” marketindən alınan quru meyvə vətəndaşın ciddi narazılığına səbəb olub. Vətəndaş Patrulaz.az-a bildirilib ki, o, məhsulun təzə olduğunu dəfələrlə satıcıdan soruşub və onu əmin ediblər ki, məhsul yenidir. Lakin, evdə azyaşlı uşağı məhsulu yeyərkən qarşılaşdığı mənzərə heç də gözlədiyi kimi olmayıb. Məhsulun yarıdan çoxu yararsız halda olub. Bu da satılan malın keyfiyyətinin və təzəliyinin satıcı tərəfindən düzgün təqdim edilməməsi və istehlakçının aldanması deməkdir. Əlavə olaraq, kifayət qədər baha qiymətə satılan bu məhsulun dəyərinin haqqını vermədiyi də göz önündədir. Vətəndaş müvafiq orqanlardan bu cür halların qarşısının alınmasını xahiş edir.