media-inshot_20250822_232144411

Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul müsabiqəsinin nəticələrini açıqlayıb.

Patrulaz.az xəbər verir ki, müsabiqədə 88 756 nəfər iştirak edib. Onlardan 57 236 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub, bunların arasında 6 461 subbakalavr da var.

Qəbul olunanların 27 956 nəfəri dövlət sifarişi əsasında, 1 728 subbakalavr isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qalan 29 280 nəfər (o cümlədən 4 733 subbakalavr) isə ödənişli əsaslarla ali təhsil almağa layiq görülüb.


Bənzər xəbərlər