media-inshot_20251204_083441369

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Kaliforniyanın Trona hava limanı yaxınlığında təlim uçuşu zamanı baş verib.

İlkin məlumata görə, pilot katapult edərək vaxtında təyyarədən ayrılıb və yüngül xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Hadisə yerindən yayılan görüntülərdə qırıcının tamamilə alova büründüyü, pilotun isə paraşütlə yerə eniş etdiyi əks olunub.

Qeyd edək ki, qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər