media-inshot_20250812_142724338

ABŞ-nin Montana ştatının Kalispel şəhərində yerləşən hava limanında təyyarə qəzaya uğrayıb.

Patrulaz.az “ISNA”ya əsasən xəbər verir ki, qəza nəticəsində pilot və üç sərnişin xəsarət alıb. Yaralıların vəziyyəti ağır olmadığı bildirilib.

Məlumata görə, qəzaya səbəb idarəetməni itirən təyyarənin hava limanında hərəkətsiz vəziyyətdə olan digər təyyarələrə çırpılması olub.

Qəza yerinə təcili yardım və xilasedici qruplar cəlb olunub, hadisənin səbəbləri araşdırılır.

 


Bənzər xəbərlər