media-inshot_20251007_085437755

ABŞ-nin Kaliforniya ştatında tibbi yardım göstərən REACH helikopteri qəzaya uğrayıb.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Helikopterin bölgə xəstəxanasına, yoxsa başqa bir tibb müəssisəsinə getdiyi hələlik məlum deyil.

Qəza yerində avtomobil yolu tamamilə bağlanıb. Hadisənin səbəbləri səlahiyyətlilər tərəfindən araşdırılır.


Bənzər xəbərlər