ABŞ-dən daha bir əməliyyat: 151 nəfər həlak oldu
ABŞ ordusu Karib dənizində narkotacirlərə qarşı əməliyyatları davam etdirir.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, “Cənub nizəsi” adlanan əməliyyat çərçivəsində ABŞ-nin SOUTHCOM komandanlığı dənizdə narkotik daşıyan gəmiyə hücum edib.
Hücum nəticəsində 3 narkotacir öldürülüb. ABŞ hərbçilərindən isə xəsarət alan olmayıb.
Bu son əməliyyatla ABŞ-nin Sakit okean və Karib dənizində keçirdiyi hücumlar zamanı ölənlərin sayı ən azı 151-ə çatıb.
Qeyd edək ki, bu əməliyyatların məqsədi Tramp administrasiyasının Latın Amerikasından ABŞ-yə narkotik axınının qarşısını almaqdır.






