media-inshot_20260206_120850524

ABŞ və İran nümayəndələri Omonda danışıqlara başlayıb.

Patrul.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, görüşdə İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidenti Donald Trampın müşavirləri Stiv Vitkoff və Cared Kuşner iştirak edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, görüşün məqsədi “nüvə məsələsi ilə bağlı ədalətli, qarşılıqlı qənaətbəxş və şərəfli bir razılaşma” əldə etməkdir.

Məlumata görə, görüşdə əsas müzakirə mövzusu Tehranın nüvə proqramı və sanksiyaların ləğvidir.


Bənzər xəbərlər