media-inshot_20260219_154211901

ABŞ Hərbi Hava Qüvvələrinin İrana mümkün zərbələr zamanı istifadə oluna biləcək strateji bombardmançıları artırılmış döyüş hazırlığı vəziyyətinə gətirilib.

Patrul.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Hesabatda bildirilir ki, diplomatik əlaqələrin aparılmasına baxmayaraq, Prezident Donald Tramp bu həftəsonu İrana qarşı hərbi əməliyyatlara başlamaq variantını nəzərdən keçirir. ABŞ liderinin yekun qərarı hələ verilməsə də, hazırda hərbi hazırlıqlar sürətlə davam edir.

İran cəbhəsində isə bu gün Rusiya ilə birgə Hind okeanının şimal hissəsində hərbi dəniz təlimlərinin əsas mərhələsi icra edilib. Təlimlərdə İran Ordusunun Hərbi Dəniz Qüvvələri, SEPAH-ın Hərbi Dəniz Qüvvələri və Rusiya Hərbi Dəniz Qüvvələrinin bölmələri iştirak edib.

Qeyd edək ki, hər iki tərəfdə hərbi fəallıq Cenevrədə ABŞ və İran rəsmiləri arasında keçirilən dolayı danışıqlardan sonra daha da artıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər