media-inshot_20260226_155215199

“ABŞ İranla mümkün müharibədə yüksək itki riski ilə üzləşə bilər”.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ, Rusiya və Ukrayna rəsmilərinin qapalı qapılar arxasında iştirak etdiyi Cenevrə görüşündə ABŞ-nin Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn deyib.

O, ABŞ rəsmilərini İranla mümkün müharibə zamanı ciddi itkilər verilə biləcəyi ilə bağlı xəbərdar edib və səbəbini belə izah edib:

“Yaxın Şərqdə cəmləşmiş Amerika qüvvələri kiçik və ya orta miqyaslı zərbələr endirə bilsə də, bu, Amerika qoşunları arasında yüksək itki riskinə və ABŞ silah ehtiyatlarına mənfi təsirə səbəb ola bilər”.

NTV kanalına müsahibə verən digər ekspertlərin fikirləri də Den Keynin xəbərdarlığı ilə üst-üstə düşür. Onlar bildiriblər ki, ABŞ-nin zərbələrinə cavab olaraq İranın Amerikaya məxsus hərbi bazalara yüzlərlə raket atmaq ehtimalı var.

Digər məlumata görə, İsrailin “Dəmir Günbəz” adlı hava hücumundan müdafiə sistemi 2025-ci ilin iyununda başlayan 12 günlük İranla müharibə zamanı raket hücumlarını dəf edə bilib və itkilərin sayını azaltmağa kömək edib. Ona görə ki, İsrailin geniş bunker şəbəkəsi var idi. Lakin ABŞ-nin hava müdafiə sistemində İsraildə olduğu kimi güclü və inteqrasiya olunmuş şəbəkənin olmadığı qeyd olunur.

Qeyd edək ki, ABŞ rəsmilərinin əvvəlcə İsrailin İrana zərbə endirməsini, daha sonra isə ABŞ qüvvələrinin döyüşlərə qoşulmasını istədiyi bildirilir. Bu barədə “Politico” nəşri məlumat yayıb.

media-wgbewl6jzacqak7mlcnjwr4atcezwb1n4snnvel3_825
ABŞ-nin Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn

 

Gülbəniz Səfərova


Bənzər xəbərlər