media-inshot_20260218_182411354

ABŞ və İran arasında gərginlik artmaqda davam edir.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ ordusunun son 48 saat ərzində Avropa və Yaxın Şərqdə yerləşən hərbi bazalarına çoxlu sayda döyüş təyyarəsi və sursat yerləşdirdiyi bildirilir.

Məlumata görə, son günlər bölgəyə göndərilən aviasiya qüvvələri arasında F-22 Raptor, F-35 Lightning II, RC-135 Rivet Joint, P-8 Poseidon və E-3 Sentry (AWACS) tipli təyyarələr yer alır. Eyni zamanda hava yanacaqdoldurma tankerləri də bölgədə fəallığını artırıb.

Bildirilir ki, ABŞ-nin hazırda Yaxın Şərqə yönəltdiyi hərbi aktivlər 2025-ci ilin iyun ayında İrana qarşı planlaşdırılan mümkün hücum ssenarilərində istifadə edilən qüvvələrlə eynidir.

Bundan əlavə, USS Abraham Lincoln təyyarədaşıyan gəmisi də bölgəyə yerləşdirilib. ABŞ Mərkəzi Komandanlığı bu addımın “regional təhlükəsizliyin təmin olunması” məqsədi daşıdığını açıqlayıb.

Müşahidəçilərin fikrincə, ABŞ-nin hava və dəniz qüvvələrini intensiv şəkildə bölgəyə cəlb etməsi Vaşinqtonun İrana qarşı mümkün hərbi variantlara hazırlaşdığını göstərir.

Hazırkı vəziyyət Yaxın Şərqdə təhlükəsizlik risklərini artırır və regionda yeni gərginlik dalğasının yaranacağı istisna edilmir.


Bənzər xəbərlər