ABŞ vətəndaşlarını “qara siyahı”dakı bu ölkələrə səyahətdən çəkindirdi
ABŞ hökuməti vətəndaşlarını bəzi dövlətlərə səyahət etməmək üçün qara siyahı hazırlayıb.
Patrul.az xəbər verir ki, Dövlət Departamenti tərəfindən hazırlanmış və 21 ölkənin olduğu siyahıda – Rusiya, Ukrayna, Venesuela, İran, İraq və Əfqanıstanın adları da var.
Bu dövlətlərdəki qlobal təhlükəsizlik təhdidləri, daxili münaqişələr və terror riskləri nəzərə alınaraq vətəndaşlara 4-cü səviyyəli səyahət tövsiyəsi ilə səyahət etməmələri tövsiyə edilib.
Bu səviyyə yalnız təhlükəsizlik risklərini göstərmir, həm də ABŞ hökumətinin fövqəladə hallarda vətəndaşlarına kömək imkanlarının çox məhdud və ya qeyri-mümkün olduğunu vurğulayır.






