media-inshot_20260302_155546693

Küveytdə qəzaya uğrayan ABŞ-nin F-15 təyyarəsində sağ qalan pilotun fotosu yayılıb.

Patrul.az bu barədə “telegram”da yayılan etibarlı mənbələrə əsasən xəbər verir ki, ABŞ-ə məxsus F-15 qırıcı təyyarəsi bazar ertəsi Küveytdə qəzaya uğrayarkən pilot təhlükəsiz şəkildə katapult edib.

Bununla da o həyatını xilas etməyi bacarıb.

Məlumata görə, havada əməliyyat aparan pilotun qəzası Körfəzdə raket və pilotsuz təyyarə hücumları dalğası fonunda baş verib.

Qeyd edək ki, F-15 raket və bombalarla silahlanmış, hava-hava və hava-yer missiyaları üçün nəzərdə tutulmuş sürətli, iki mühərrikli ABŞ qırıcı təyyarəsidir.

Gülbəniz Səfərova

 


Bənzər xəbərlər