media-b3a40de0-8513-435e-8436-1192ab966935

Abşeron rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü barəsində inzibati tədbir görülüb.

Patrul.az-ın əldə etdiyi məlumata görə, 10-SE-696 dövlət qeydiyyat nişanlı BMW markalı nəqliyyat vasitəsinin sürücüsü ictimai təhlükə yaradan avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçıları üçün riskli vəziyyət formalaşdırıb. Sürücü polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayaraq hərəkətini davam etdirib.

Görülən operativ tədbirlər nəticəsində nəqliyyat vasitəsi Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün İsmayıllı Uğur Firdovsi oğlu olduğu müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək iş məhkəməyə göndərilib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə İsmayıllı Uğur Firdovsi oğluna 15 sutka inzibati həbs cəzası təyin edilib, eyni zamanda sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, avtoxuliqanlıq və polisin qanuni tələbinə tabe olmama halları qanunvericiliyə əsasən ciddi məsuliyyət yaradır və bu kimi hallara qarşı nəzarət tədbirləri davam etdirilir.


Bənzər xəbərlər