media-img_20250904_093138_957

Bakının 201 nömrəli tam orta məktəbində 20 ildən çox çalışan üç müəllim eyni vaxtda işdən çıxarılıb.

Patrulaz.az xəbər verir ki, onlar iddia edirlər ki, buna səbəb direktor Afaq Əliyeva barədə şikayət etmələri olub. Müəllimlər Saleh Məmmədov və Kəmalə Mönsümova direktorun qərəzli davrandığını bildiriblər.

Bakı Şəhəri Üzrə Təhsil İdarəsi isə açıqlayıb ki, müəllimlər iş ahəngini və etik qaydaları pozduqları üçün Həmkarlar Komitəsinin qərarı ilə əmək müqavilələrinə xitam verilib.

Qeyd edək ki, direktor Afaq Əliyeva adının hallandığı 4 məhkəmə işini uduzsa da, vəzifəsini icra etməkdədir.


Bənzər xəbərlər