media-0c70810b-566f-42f8-a1a8-16587262b4ee

Patrul.az-ın qaynar xəttinə daxil olan şikayətdə taksi sürücüsü bildirir ki, taksi dayanacağında əksər hallarda taksilərdən daha çox şəxsi avtomobillər park edilir. Nəticədə taksi sürücüləri onlar üçün ayrılmış dayanacaqdan istifadə edə bilmirlər.

Videodan da göründüyü kimi, Memar Əcəmi metrosunun yaxınlığında yerləşən taksi dayanacağında buraxılış vərəqəsi olmayan iki Mercedes-Benz markalı avtomobil park edilib. Həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları 10-LG-505 və 99-FD-671-dir.

Ümid edirik ki, aidiyyəti qurumlar məsələ ilə bağlı araşdırma aparacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək.


Bənzər xəbərlər