Aeroport yolunda “Opel”in təkəri partladı, zəncirvari qəza baş verdi - VİDEO
Aeroport yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin Patrul.az-a verduyi məlunata görə, “Opel” markalı avtomobilin təkəri partlayıb və sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi digər bir avtomobilə, daha sonra isə avtobusa çırpılıb.
Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Hadisə nəticəsində avtomobillərə zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.






