media-inshot_20251014_093153488

Ağ Ev oktyabrın 13-də Şarm əl-Şeyxdə ABŞ, Türkiyə, Qətər və Misir liderlərinin imzaladığı Qəzza zolağında atəşkəs razılaşmasının mətnini açıqlayıb.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki sənəddə girovların azad edilməsi, döyüş əməliyyatlarının dayandırılması və İsrail ilə Fələstin arasında davamlı nizamlanmaya nail olunması istiqamətində Prezident Donald Tramp və administrasiyasının səyləri dəstəklənir.

Bəyanatda vurğulanır ki, sülh yalnız qarşılıqlı hörmət, insan hüquqlarının təminatı, təhlükəsizlik və həm fələstinlilərin, həm də israillilərin ləyaqəti əsasında mümkündür.

İmzalanan tərəflər əməkdaşlığı gücləndirməyə, ekstremizmi aradan qaldırmağa, həmçinin təhsil və imkanların artırılmasına töhfə verməyə öhdəlik götürüblər ki, bu da regionun sabit gələcəyinin əsası olacaq.

Saziş Yaxın Şərqin xristianlıq, islam və yəhudilik kimi üç dünya dini üçün mənəvi və tarixi əhəmiyyətini tanıyır. Bölgənin mədəni və dini irsi, müqəddəs yerlərə hörmətin qorunması vacib hesab olunur.

İmzalanan tərəflər gələcək mübahisələrin yalnız diplomatik vasitələrlə, güc tətbiq etmədən həll edilməsini təsdiqləyiblər və sazişin icrasını birlikdə həyata keçirməyi, regionda sülh, təhlükəsizlik və iqtisadi rifahı möhkəmləndirməyi məqsəd qoyublar.


Bənzər xəbərlər