media-li_bksns7vruda1sveky8_p7bep538vp5t51loienwcjxf0yktoneszextniodipdy_yfydqdbpkifbmpdlnwkore4nyr7jkxk5c09cbsiyn1wlyotc1x_mqp5xj4ymr85fb8bd5hvg1bf7jwq2vpjxf-movqypz3ojrwck4cqpkqfim6sljbd8dql25ihbn

Yay aylarında ağcaqanadlardan qorunmaq üçün istifadə olunan sprey, maye və spiral kimi vasitələr demək olar ki, hər evdə var. Lakin bu məhsulların düzgün istifadə edilməməsi sağlamlıq üçün müəyyən risklər yarada bilər.

Patrul.az-ın araşdırmasına görə, ağcaqanad əleyhinə istifadə olunan bəzi vasitələrin tərkibində olan kimyəvi maddələr qapalı və yaxşı havalandırılmayan məkanlarda nəfəs yollarını qıcıqlandıra, baş ağrısı, başgicəllənmə, göz və dəri qıcıqlanması yarada bilər. Xüsusilə uşaqlar, hamilələr, yaşlılar və astma və ya allergiyası olan şəxslər bu təsirlərə qarşı daha həssas hesab olunur. Mütəxəssislər bu vasitələrdən yalnız istifadə qaydasına uyğun şəkildə yararlanmağı, otaqları mütəmadi havalandırmağı və məhsulları uşaqların əli çatmayan yerdə saxlamağı tövsiyə edirlər.

Ağcaqanad dərmanları faydalı olsa da, onların təhlükəsiz istifadəsi sağlamlığın qorunması üçün vacibdir.

Cəmilə Cəfərzadə

 


Bənzər xəbərlər