Aİ Ədalət Məhkəməsi terror təşkilatı PKK-nın etirazını rədd edib
Avropa İttifaqı (Aİ) Ədalət Məhkəməsi terror təşkilatı PKK-nın Aİ məhkəmələrinin ötən illərdə qəbul etdiyi və məhdudlaşdırıcı tədbirləri ehtiva edən qərarlarına etirazını rədd edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ-nin ən yüksək məhkəməsi olan Ədalət Məhkəməsi PKK-nın 2015-2017-ci illər və 2019, 2021, 2022-ci illərdə ona qarşı çıxardığı qərarlarla bağlı 27 yanvar 2023-cü il tarixli şikayətini qəbul etməyib.
Belə ki, yuxarı məhkəmə terror təşkilatı ilə bağlı əvvəlki qərarları təsdiqləyib.
PKK 2002-ci ildən Aİ-nin terror təşkilatları siyahısındadır. Bu çərçivədə Aİ terror təşkilatı PKK-ya qarşı maliyyə aktivlərinin dondurulması, maliyyə qaynaqlarının qadağan edilməsi kimi sanksiyalar tətbiq edir.
Təşkilat bununla bağlı terror təşkilatları siyahısından çıxarılması və maliyyə resurslarının dondurulması kimi tədbirlərə qarşı 30 noyabr 2022-ci ildə Aİ Baş Məhkəməsinə müraciət etsə də, heç bir nəticə əldə etməyib.