media-img_7616

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ölkənin və dünyanın ən təhlükəli terrorçularından birinin öldürüldüyünü açıqlayıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Sudani “X” sosial media hesabından verdiyi açıqlamada İraq Milli Kəşfiyyat Təşkilatının Birgə Əməliyyat Komandanlığı və Beynəlxalq Koalisiya Qüvvələrinin dəstəyi və koordinasiyası ilə həyata keçirdiyi əməliyyatla bağlı məlumat verib.

Sözdə İraq və Suriya valisi, xəlifə müavini Abdullah Mekki er-Rafiinin sözügedən əməliyyatda öldürüldüyünü qeyd edən Sudani, Rafiinin İraq və dünyanın ən təhlükəli terrorçularından biri olduğunu bildirdi.

Terror təşkilatı DEAŞ 2014-cü ildə İraqın Mosul, Səlahəddin və Ənbar əyalətlərini bütünlüklə, Diyalə və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

O zamankı baş nazir Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da DEAŞ-a qalib gəldiyini elan etdi.


Bənzər xəbərlər