Kaliforniyada daşqın və sürüşmə həyat şəraitini çətinləşdirib
ABŞ-ın Kaliforniya ştatında güclü yağış daşqın və sürüşmələrə səbəb olub.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Riverside qraflığında baş verən sürüşmə nəticəsində avtomobillər yolda qalıb.
Yanğınsöndürmə idarəsi ən azı 6 nəfərin xilas edildiyini bildirib. Orange County-də sel suları ilə bir avtomobil dərəyə sürükləndi və sürücü helikopterlə xilas edildi.
Los-Ancelesin cənub-şərqində Piko Riverada tornado baş verib. Evlərə və avtomobillərə ziyan dəyib. Tornadonun şiddəti evin təhlükəsizlik kamerasına əks olunub.