Albaniya Baş naziri Trampın Ermənistanı “Albaniya” ilə səhv salmasını Makronla zarafata çevirdi - VİDEO
Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimində Prezident İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Albaniyanın Baş naziri Edi Rama arasında maraqlı dialoq yaşanıb.
Patrulaz.az xəbər verir ki, Albaniyanın baş naziri Edi Rama ABŞ Prezidenti Donald Trampın Ermənistan-Azərbaycan sülhü barədə danışarkən səhvən “Albaniya-Azərbaycan” ifadəsini işlətməsinə toxunaraq Makrona “Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz” deyərək zarafat edib.
Zarafat hər üç lider tərəfindən gülərüzlə qarşılanıb.
Xatırladaq ki, sentyabrın 12-də Donald Tramp “Fox News” telekanalına müsahibəsində Albaniya ilə Ermənistanı səhv salaraq belə deyib:
“Azərbaycanla Albaniya arasındakı həll olunmamış müharibəni mən həll etdim. Münaqişə uzun illər davam etmişdi”.
Gülbəniz Səfərova






