media-2c740500-5a5b-4f29-bc64-d98ea0f21f4c

Yer kürəsindəki iqlim dəyişikliyi təkcə səma hadisələrinə deyil, artıq kosmosun özünə də ciddi təsir göstərməyə başlayıb.

Patrulaz.az xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun (MIT) rəhbərlik etdiyi və “Nature Sustainability” jurnalında dərc olunan araşdırmaya görə, Yerin istiləşməsi atmosferin yuxarı qatlarını soyudur. Bu da aşağı Yer orbitindəki kosmik tullantıların təmizlənməsini çətinləşdirir.

Alimlərin fikrincə, 2100-cü ilə qədər bu tullantılar peyklərin hərəkət edə biləcəyi orbital sahəni 82%-ə qədər azalda bilər.

Qeyd edək ki, orbitdəki kosmik tullantılar rabitə, naviqasiya, hava proqnozları və müdafiə kimi vacib sahələr üçün istifadə olunan peyklərə ciddi təhlükə yaradır. Alimlər və kosmik agentliklər bu tullantıların miqdarını azaltmaq üçün texnoloji və siyasi həll yolları axtarırlar. Eyni zamanda, karbon emissiyalarının azaldılması bu problemin qarşısını almaqda mühüm rol oynaya bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər