Alimlər insan sidiyindən məhsuldarlığı artıran gübrə hazırladı
Alimlər insan sidiyindən gübrə hazırlamaq üçün yeni üsul tapıblar.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki,
Çinli tədqiqatçılar insan sidiyindən kənd təsərrüfatı üçün effektiv gübrə hazırlamaq üsulu kəşf ediblər.
Çin Xenan Universitetinin Kayfenq şəhərindəki alimləri sidiyə havadan oksigen və qrafit katalizatoru əlavə edərək azotla zəngin perkarbamid adlı gübrə növü hazırlayıblar. Yeni üsul ənənəvi, çətin və az təmizliklə nəticələnən texnikanı əvəz etməyə imkan verir.
Proses sıfır tullantı ilə həyata keçirilir, enerji sərfiyyatı azdır və sadə yollarla tamamlanır.
Tədqiqatın aparıcı alimlərindən biri bildirib: “Yeni texnologiyamız sayəsində sidikdən perkarbamid kristallarını asanlıqla ayırmaq mümkündür. Testlər göstərdi ki, bu gübrə kahı, buğda və fıstıq kimi bitkilərin böyüməsini daha effektiv şəkildə stimullaşdırır”.
Qeyd edək ki, bu üsul həm məhsuldarlığı artırır, həm də ətraf mühiti qoruyur.
Gülbəniz Səfərova