media-4084f303-ef0f-40c3-ac7a-884292208a80

Alimlər depressiya kimi psixoloji problemlərdə insanların dərdlərini dinləyib müalicəyə yardım edəcək süni intellektə sahib “Therabot” adlı söhbət robotu hazırlayıblar.

Patrulaz.az xarici mənbəyə əsasən xəbər verir ki, ruh sağlamlığı problemlərində terapiya üsullarından istifadə edərək psixoloqlara kömək olacaq süni intellekt robotlarının rəsmi şəkildə istifadəyə verilməsi üçün işlər sürətlənib. ABŞ-ın “Dartmouth” Kollecindən olan tədqiqatçılar “Therabot” adlı süni intellektə əsaslanan rəqəmsal psixoloq tətbiqi hazırlayıblar. Bildirilib ki, “Therabot” etibarlı psixoloji terapiya xidməti göstərəcək. Komandadan Nik Ceykobsonun sözlərinə görə, “Therabot” bu sahədəki kadr çatışmazlığını aradan qaldıraraq xəstələrin dərdlərini dinləyəcək və müalicəyə dəstək verəcək.
“Therabot”un narahatlıq, depressiya, qida pozuntuları kimi psixoloji problemlər yaşayan insanlara yardım etməkdə effektiv olduğunu göstərən bir araşdırma da dərc olunub. Tətbiqin nəticələrini ənənəvi müalicə üsulları ilə müqayisə etmək üçün yeni bir klinik sınaq planlaşdırılır. Tibb müəssisələrinin bu cür yeniliklərə açıq olduğu da qeyd olunub. “Therabot”un rəsmi istifadəyə verilməsi üçün ABŞ Qida və Dərman Administrasiyasının (FDA) təsdiqi tələb olunur. FDA-nın isə bu mövzuya müsbət yanaşdığı bildirilir.

Ləman Sərraf


Bənzər xəbərlər